Cenevrə Beynəlxalq Avtomobil Sərgisi artıq üçüncü ildir ki, keçirilmir.
2020-ci ildə dünyanın ən böyük avtomobil tədbirlərindən biri koronavirus səbəbiylə ləğv edilib. Sərgi eyni aqibəti 2021-ci ildə də yaşayıb.
2022-ci ildə isə onu ləğv etməmək, 2023-cü ilin əvvəlinə keçirmək qərara alınıb. Lakin çətin geosiyasi və iqtisadi vəziyyətə görə tədbir yenidən təxirə salınıb. Bu dəfə o, noyabr ayında, özüdə ilk dəfə olaraq İsveçrədə deyil, Qətərdə keçiriləcək.
Qeyd edək ki, adətən beynəlxalq avtosalon fevralın 14-19-da İsveçrənin Cenevrə şəhərindəki Palexpo sərgi mərkəzində təşkil olunur.
Bu günə qədər sonuncu Cenevrə avtosalonu 2019-cu ildə baş tutub. Tədbirə 184 avtomobil istehsalçısı qatılıb, ziyarətçilərin sayı 600 min nəfəri ötüb.
Mənbə: motor.ru