“Türkiyədə və Suriyada hər kəsə bütün sevgimi və gücümü göndərirəm. Bu, son 100 ilin ən böyük zəlzələsidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu dünyaca məşhur amerikalı müğənni Cennifer Lopez sosial şəbəkə hesabında paylaşıb.
O, Kahramanmaraşda baş verən zəlzələdə həlak olanlar üçün başsağlığı mesajı paylaşaraq, izləyicilərindən UNICEF-ə ianə vermələrini istəyib.