Çexiya Prezidenti bayraq ilə hərbçinin başına zərbə endirdi, üzr istədi — Video

Çexiya Prezidenti bayraq ilə hərbçinin başına zərbə endirdi, üzr istədi — Video

Çexiyada ilk Çexoslavakiya Respublikasının yaranmasınının 105-ci ildönümü ilə bağlı keçirilən tədbir zamanı ölkə Prezidenti Petr Pavel çətin anlar yaşayıb. 

“Qafqazinfo” Çexiyanın “TV Nova” telekanalına istinadən xəbər verir ki, Pavel fəxri qarovul önündə ona təqdim edilən döyüş bayrağını saxlaya bilməyib və onunla hərbçilərdən birinin başına zərbə endirib. 

Sözügedən hərbçi isə hadisəyə reaksiya verməyib. 

Bunun ardınca Çexiya Prezidenti öz “X” hesabında paylaşım edərək hadisəyə görə üzr istəyib: “Mərasim zamanı hərbçiyə vurduğum fiziki və mənəvi zərərə görə üzr istəməyi zəruri hesab edirəm”. 

O, həmçinin bayraq dirəyinin çəkisini nəzərə almadığını vurğulayıb. 

Hadisənin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.


Share: