Çexiyada fermerlər bu gündən martın 21-dək yeni etiraz aksiyaları keçirməyi planlaşdırırlar.
xəbər verirki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb.
Bu gün Çexiyanın şimalındakı Yablonets nad Nisou şəhərində fermerlərin etiraz aksiyası planlaşdırılıb və burada hökumətin iclası keçiriləcək.
Rayonun fermerləri kənd təsərrüfatı texnikalarını bu şəhərə gətirmək və etiraz yürüşü keçirmək niyyətindədirlər.
Onlar baş nazirə ötən həftə sonu Çexiya, Polşa və Almaniya fermerlər assosiasiyalarının nümayəndələri tərəfindən imzalanmış memorandumu təqdim etmək istəyirlər. Onlar kənd təsərrüfatındakı problemlərə diqqəti əhəmiyyətli dərəcədə artırmağa çağırırlar.
Fermerlər şəhər sakinlərinə narahatlıq yaratmaq, nəqliyyat vasitələrinin hərəkətini əngəlləmək niyyətində deyillər.