Çexiyada universitetdəki atışmada 10 nəfər ölüb, 20-dən çox yaralı var.
AFP-yə istinadən xəbər verir ki, Praqada universitetdə atışmada ilkin məlumata görə, ən azı 10 nəfər ölüb, 20-dən çox yaralı var.
***
19:09
Çexiyanın paytaxtı Praqada Çarlz Universitetinin incəsənət fakültəsinin binasında atışma olub, ölənlər və yaralananlar var.
xəbər verir ki, bu barədə Çexiya polisinin rəsmi “X” hesabında məlumat verilib.
“Hazırda universitet binasında baş verən atışma ilə bağlı Jan Palaç meydanına müdaxilə edirik. Bütün bölmələrimiz hadisə yerinə gedir. İlkin məlumatlara əsasən, hadisə yerində ölən və yaralananların olduğunu təsdiqləyə bilərik”, – polis sosial şəbəkədə yazıb.
Polis Jan Palaç meydanındakı binanın ətrafını bağlayıb. Mərkəzdə tramvay hərəkəti məhdudlaşdırılıb, xətlər alternativ yollarla yönləndirilir.
“Denik N” xəbər saytının məlumatına görə, polis tələbələri evakuasiya edir. Daxili işlər naziri Vit Rakuşanın hadisə yerinə getdiyi bildirilir.
Praqa şəhərinin meri hadisəni törədən şəxsin intihar etdiyini deyib.