Ceyhun Bayramov Ermənistanla münasibətlərin normallaşmasından danışdı

Ceyhun Bayramov Ermənistanla münasibətlərin normallaşmasından danışdı

“Biz hesab edirik ki, doğrudan da unikal situasiya yaranıb. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib və ərazi bütövlüyünü bərpa edib”.

Müstəqil.Az -ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, işğal faktı ortadan qalxdığı üçün biz artıq Ermənistanla dövlətlərarası münasibətlərin normallaşması barədə danışa bilərik: “Azərbaycan bunda maraqlıdır. Biz bu istiqamətdə addımlar atırıq, gələcəkdə də atmağa davam edəcəyik. O ki qaldı Azərbaycanda yaşayan erməni xalqına, dəfələrlə demişik ki, onlarla bağlı öhdəlikləri yerinə yetirməyə, onların Azərbaycan cəmiyyətinə siyasi, iqtisadi, sosial inteqrasiyası üçün hər şey etməyə hazırıq. Postkonflikt dövründə münasibətlərin normallaşması üçün biz müəyyən nəticələr əldə etməyə çalışırıq. Biz anlayırıq ki, buna vaxt lazımdır. Lakin buna hədəflənmişik. Bilirik ki, bu həm Azərbaycan, həm erməni xalqının, həm də bütövlükdə regionun maraqlarına uyğundur. Hesab edirik ki, beynəlxalq hüququn da tələbinə uyğun olaraq ölkələrin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmət etməsi bu normallaşmanın təminatıdır. Əmənəm ki, belə də olacaq”.

Müstəqil.Az 

Share: