Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşviliyə həmrəylik və dəstəyinə görə təşəkkür edib.
“Qafqazinfo” xəbər verir ki, Ceyhun Bayramov bu haqda tviter hesabında yazıb.
“Radikalların Azərbaycanın Londondakı səfirliyinə misli görünməmiş hücumu ilə bağlı telefon danışığı ilə həmrəylik və dəstək ifadə etdiyinə görə Gürcüstandan olan həmkarım İliya Darçiaşviliyə təşəkkür edirəm”, – Ceyhun Bayramov qeyd edib.
Qeyd edək ki, İliya Darçiaşvili bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək baş vermiş hadisəni pislədiklərini, Azərbaycanın yanında olduqlarını və tam dəstək verdiklərini deyib.
Xatırladaq ki, avqustun 4-də bir qrup radikal dini dəstə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib.