Ceyhun Bayramov İhab Talaat Nasr ilə görüşdü — Fotolar

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Talaat Nasrın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 “Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov iki xalq arasında mövcud olan tarixi bağlar əsasında ikitərəfli münasibətlərin inkişafını vurğulayıb.

Nazir, ikitərəfli əlaqələrin bir çox istiqamətlər üzrə inkişafını qeyd edib və bu xüsusda Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinə istinad edib. 

Nazir köməkçisi İhab Talaat Nasr Azərbaycana növbəti səfərinin baş tutduğunu söyləyib və ölkədəki inkişafı məmnunluqla qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Eyni gündə Azərbaycan Respublikası və Misir ərəb respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İclasda Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Misir tərəfindən isə xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Talaat Nasr başçılıq edib. Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.



Share: