Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib

Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib

Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib

11 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin sədrliyi ilə keçirilən görüşdə eyni zamanda Avropa Komissiyasının Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi, Avropa İttifaqı üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri iştirak edib.

Tədbir ali nümayəndə Cozef Borelin və kommissar Oliver Varhelyinin çıxışı ilə başlayıb.

Görüşdə ŞT çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti, Aİ ilə tərəfdaş ölkələr arasında münasibətlərin gələcək perspektivləri və regional təhlükəsizlik məsələləri ətrafında müzakirə aparılıb.

Xarici işlər naziri Ceyhun Bayramov tədbir zamanı çıxışında görüşün ŞT çərçivəsində əməkdaşlığın nəzərdən keçirilməsi, habelə növbəti addımlar baxımından mühüm fürsət olduğunu diqqətə çatdırıb.

Şərq Tərəfdaşlığı prioritetlərinin regionun reallıqlarına, habelə davam edən regional təşəbbüslərə uyğunluğunun vacib olduğunu bildirən nazir Ceyhun Bayramov bu platformanın düzgün yanaşma və mövcud regional inkişaf tendensiyalarına uyğunlaşma yolu ilə Aİ-nin regionla əməkdaşlığına müsbət töhfə verə biləcəyinə inamını ifadə edib.

Azərbaycanın Aİ-Mərkəzi Asiya Strategiyasına uyğun olaraq regional nəqliyyat, enerji və rəqəmsal əlaqəni artırmaq məqsədilə Mərkəzi Asiya tərəfdaşları ilə əməkdaşlığı, o cümlədən onların müvafiq ŞT tədbirlərində potensial iştirakını tam dəstəkləyi və təşviq etdiyi bildirilib.

Nazir Ceyhun Bayramov çıxışında Cənub Qaz Dəhlizinin genişlənən potensialına toxunub, əlavə qaz həcmlərinin çatdırılması, eləcə də yaşıl enerjinin Avropaya potensial ixracı prioritetlərimizdən, ölkəmizin yaşıl enerji keçidinə qoyduğu sərmayələrdən, habelə Orta Dəhlizin əhəmiyyətindən söz açıb. Orta Dəhlizin rəqəmsallaşdırılmasının şəffaflığın təmin edilməsi və tranzitin asanlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi, rəqəmsal transformasiyanın ŞT çərçivəsində üfüqi prioritet ola biləcəyi diqqətə çatdırılıb. Ölkəmizin COP29 sədrliyinə verilən dəstəyin xüsusi əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov həmçinin çıxışında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb.

Bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsinin Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yol olduğu vurğulanıb.

Azərbaycanın öz haqlı narahatlığını hərtərəfli və açıq şəkildə ifadə etməsinə baxmayaq, bəzi Aİ üzv dövlətləri tərəfindən qızışdırıcı ritorikanın və birtərəfli addımların davam etdirilməsindən narahatlıq ifadə edilib.

Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərə nail olmadığı, əksinə Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğu, Ermənistanı, o cümlədən Aİ vasitəsilə silahlandırmaq kimi daha sabitliyi pozan təşəbbüslərinin Aİ-nin “tərəfsiz vasitəçi” kimi etibarına və ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında normallaşma səylərinə xələl gətirdiyi bildirilib. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istismar etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədləri ilə uzlaşmadığı diqqətə çatdırılıb.

Sonda qeyd olunan çağırışları nəzərə alaraq nazir Ceyhun Bayramov bir daha bütün aidiyyəti tərəfləri Ermənistan və Azərbaycan arasında normallaşmaya zərər verməməyə çağırıb.

Görüş digər Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin çıxışları ilə davam edib.

Xarici işlər nazirinin çıxışının tam mətni ilə bu keçiddən tanış olmaq mümkündür:

Share: