Dekabrın 23-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub.
Telefon danışığı zamanı C. Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqsədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı olaraq ölkəmizin Aİ ilə əməkdaşlığı, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər həmçinin digər qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Müstəqil.Az