Dekabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə -ya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər.