CeyLo ərinin soyadını götürməsini belə izah etdi — Fotolar

CeyLo ərinin soyadını götürməsini belə izah etdi — Fotolar

Dünyaşöhrətli müğənni və aktrisa Cennifer Lopes ABŞ-ın “Vogue” jurnalının dekabr buraxılışının əsas qəhrəmanı olub.

“Qafqazinfo” xəbər verir ki, o, nəşrə müsahibəsində şəxsi həyatından danışıb.

53 yaşlı müğənni həyat yoldaşı Ben Afflekin soyadını götürüb missis Afflek olmasını belə izah edib: “İnsanlar məni əvvəlki kimi Cennifer Lopes adlandıracaq. Amma mənim rəsmi adım – missis Afflekdir, çünki biz indi bütövük. Biz – ər və arvadıq və mən bununla fəxr edirəm. Mən düşünmürəm ki, bunda problem var. Bu, romantikdir. Bu, əvvəlki kimi özündə ənənə və romantikanı daşıyır və, ola bilsin, mən bunu sevən qadınam”.

CeyLo vurğulayıb ki, müasir trendlərə baxmayaraq, ərinin onun soyadını götürməyini istəməzdi, çünki bu, qeyri-ənənəvidir və romantik deyil.

Superulduz Affleklə münasibətlərini əsl sevgi adlandırıb: “Mən bunun mənim üçün əsl sevgi olduğunu heç vaxt gizlətməmişəm. Bütün yaxınlarım bilir ki, o, həyatımda çox-çox özəl insan olub. Biz yenidən birləşəndə bu hisslər hələ də çox real idi”.


Share: