Çiçəklər açılsın deyə Ay işığı tək şəfəq saçan mənəm. Mən – gecə yarısı Günəşiyəm…

Çiçəklər açılsın deyə Ay işığı tək  şəfəq saçan mənəm. Mən – gecə yarısı Günəşiyəm…

Marina Karyagina

 

Gecə yarısı Günəşi

Şeh damlası kimi
büzüşüb yatıram.

Ağrıyıram.
Dünyanın içimə alıb

üzünü
hamıya göstərirəm.
Məqsədimə çatıram…

***
Dayan, dostum, dayan

gücün çatdığı qədər.
Tırtıl belə dözür…
Bir gün

ipəklərlə örtülür bədəni.
Deyirlər ki,

sürünmək üçün

gəlib dünyaya.
O isə uçub

kəpənəyə dönəcək…
***
Heç kimin

nəzəri dəyməsin deyə
gecə yarısı
adını bilmədiyim bitki

çiçəklədi.
Həyat davam etdiyi üçün
Aya

“minnətdaram” dedi.
Çöl-çəmən gül içindədir.

Sizə bir sirr verəcəyəm.
İşıq mənim içimdədir…
Çiçəklər açılsın deyə
Ay işığı tək

şəfəq saçan mənəm.
Mən – gecə yarısı Günəşiyəm…

Yanğı

Səsin də

kölgəsi var bu yerdə.

Daban öz iniltisindən paralanır.

Almanı kəssən eyni qandır…

Ya da,

belə bir hiss

içimdə qalıb.

Xeyr, daha dözə bilmirəm.

Bu zaman – ən uyğun zamandır…

Xatırla ay kimi üzümü…

 

Tərcümə edən: Rəsmiyyə Sabir

Share: