Çili bibəri- ölümcül xəstəliyin dərmanı…

Çili bibərinin tərkibində olan kapsaitsin maddəsi ağciyər xərçənginin inkişafını ləngidə bilər. ABŞ-ın  Marşall Tibb Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər.
Kapsaitsin alkoloidinin effektivliyi genetikası modifikasiya edilmiş, xərçəng daşıyıcıları olan siçanlar  üzərində aparılan təcrübələr zamanı sübut olunub. Kapsaitsin maddəsi xərçəngə yoluxmuş hüceyrələrdə metastaz prosesinin birinci mərhələdə inkişafını dondurub. Bu maddə insanda ağciyər xərçəngində də eyni effekti göstərib.
İndi alimlər kapsaitsin maddəsinin  zərər vermədən orqanizmə yeridilməsi yolları üzərində düşünürlər. Belə ki bu maddə orqanizmdə mədə sancılarına səbəb olur,  mədə-bağırsağın selikli qişasına ciddi  zərər vura bilir.
Mütəxəssislərin  fikrinə görə, tezliklə bu maddədən  xərçəng xəstəliyinin müxtəlif növlərinin müalicəsində istifadə etmək mümkün olacaq.(oxu.az)
Share: