Çin ABŞ-ni Tayvandan Pekinə təsir üçün istifadə etməyə çağırıb

Çin ABŞ-ni Tayvandan Pekinə təsir üçün istifadə etməyə çağırıb

Çin ABŞ-ni Tayvandan Pekinə təsir üçün istifadə etməyə çağırıb

Çin səlahiyyətliləri ABŞ-ni Tayvan məsələsindən Çini cilovlamaq üçün bir vasitə kimi istifadə etmək cəhdlərinə qarşı xəbərdarlıq ediblər.

-nın məlumatına görə, bunu Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penqyu amerikalı qanunvericilərdən ibarət nümayəndə heyətinin adaya səfərini şərh edərkən bildirib.

“Biz Birləşmiş Ştatları Tayvan məsələsinin həddindən artıq mürəkkəbliyini və həssaslığını aydın şəkildə başa düşməyə, “vahid Çin” prinsipinə və Çin və ABŞ arasında üç birgə kommünikeyə vicdanla riayət etməyə, götürülmüş öhdəliklərə uyğun ciddi şəkildə hərəkət etməyə çağırırıq. ABŞ liderləri dəfələrlə “Tayvanın müstəqilliyini” tanımadıqlarını bildiriblər. Çin ABŞ-nin istənilən formada rəsmi səviyyədə Tayvanla qarşılıqlı əlaqədə olmasına və Tayvan işlərinə hər hansı bəhanə ilə qarışmasına qətiyyətlə qarşı çıxır”, – deyə Liu Penqyu yekunlaşdırıb.

Share: