Çin alimləri maqnit sahəsindən istifadə edərək obyektləri uzaqdan idarə etmək üçün cihazın prototipini yaratmağa nail olublar.
Bu barədə “South China Morning Post” qəzeti xəbər verir.
Tədqiqatçıların fikrincə, onların araşdırmalarına Hollivudun “Star Wars” (“Ulduz müharibələri”) filminin epizodları istiqamət verib, bu filmdə “ceday”lar güc təkanı vasitəsilə obyektləri özlərinə tərəf çəkə və ya uzaqlaşdıra bilirdilər.
Əvvəllər hesab edilirdi ki, obyektlərə uzaqdan təsir göstərmək üçün maqnit sahəsindən istifadə perspektivsiz bir istiqamətdir, çünki məsafə artdıqca sahənin gücü qısa müddətdə azalır.
Çin Xalq Respublikasının alimləri iddia edirlər ki, onlar bu problemi həll edə biliblər və kosmosda bir kilometr məsafədə yerləşən güc sahəsi böyük bir cismi itələyəcək və ya onu kosmik gəmi ilə toqquşmasının qarşısını alacaq qədər güclü olacaq.
“Prototipin dizaynı və eksperimental sınaqları artıq davam edir”, – deyə layihə rəhbəri və Çin Milli Müdafiə Texnologiyaları Universitetinin elmi əməkdaşı Can Yuanven bildirib.
Alimlərin dediklərinə görə, onların cihazı alətin lüləsinin oxu boyunca yayılan və maqnit sahəsindən istifadə edərək obyektlərə birbaşa təsir edən plazma halqaları yaradan “maqnit tüfəngidir”. Qurğunun iş prinsipi artıq istifadə olunan plazma mühərriklərinin iş prinsipinə bənzəyir.
Mənbə: “South China Morning Post” qəzeti