Posted in Hadisə, Xəbər Xətti Çin ilk kruiz gəmisinin tikintisinə başlayıb Müstəqil AZ 08:58 / 14 Noyabr 2020 Çinin “Shanghai Waigaoqiao Shipbuilding Co. Ltd.” şirkəti “Made in China” brendi ilə ilk kruiz gəmisinin inşasına başlayıb. Müstəqil.Az “Seanews.az”-a istinad edərək bildirir ki, 2800 otaqdan ibarət olacaq gəmi ilə eyni vaxtda 4250 sərnişin daşınacaq. Kruiz gəmisinin 2023-cü ildə tamamlanaraq istifadəyə veriləcəyi bildirilir. Müstəqil.Az