Çin ordusu Tayvan ətrafında hərbi təlimlər keçirəcək — Xəritə

Çin ordusu Tayvan ətrafında hərbi təlimlər keçirəcək — Xəritə

Çin ordusu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri fonunda Tayvan adası ətrafındakı altı bölgədə hərbi təlimlər keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.

“Çin Xalq Azadlıq Ordusu cümə axşamından bazar gününə kimi Tayvan adasını əhatə edən altı bölgə də daxil olmaqla, əhəmiyyətli hərbi təlimlər və təlim fəaliyyətləri keçirəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvanda səfərdədir. Onun səfəri ABŞ-la Çin arasında gərginliyin artmasına səbəb olub. Çin Hərbi Hava Qüvvələri Su-35 qırıcılarını Tayvan boğazı istiqamətinə göndərib.


Share: