Çinin dövlət başçısı Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanda keçiriləcək sammitinə iştirak edəcək.
O, tədbir çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Bu, Çin liderinin iki ildən artıq müddətdə ilk xaricə səfəri olacaq.
O, xeyli müddətdir ki, koronavirus pandemiyası səbəbindən ölkəsinin sərhədlərini tərk etmir.
Qeyd edək ki, sammit 15-16 sentyabr tarixlərində Səmərqənddə keçiriləcək.
Mənbə: mk.ru