Çin Rusiyaya silah tədarükü ilə bağlı məlumatları təkzib edib

Çin Rusiyaya silah tədarükü ilə bağlı məlumatları təkzib edib

Çin Rusiyaya silah tədarükü ilə bağlı məlumatları təkzib edib

Çin Ukrayna münaqişəsinin tərəflərindən heç birinə silah tədarük etmir və Vaşinqtonu Pekin və Moskva arasında ticarət əlaqələrinə qarışmamağa çağırır.

xəbər verir ki, bunu Çinin Vaşinqtondakı səfirliyinin rəsmi nümayəndəsi Lyu Penyu bildirib.

Onun sözlərinə görə, Çin və Rusiya arasında ticarətə heç kim müdaxilə etməməli və ya bu prosesi məhdudlaşdırmamalıdır.

“Biz siyasi nizamlanmanın təşviqində konstruktiv rol oynayırıq. Çin tərəflərin heç birinə silah göndərmir”, – səfirlik rəsmisi bildirib.

Xatırladaq ki, bir müddət öncə Birləşmiş Ştatlar Çinin Rusiya müdafiə sənayesini dəstəkləməsindən şübhələndiyini bildirmişdi.

Share: