Çin sahillərində iki gəmi toqquşub.
Müstəqil.Az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarında Şərqi Çinin Fuszyan vilayəti sahillərində balıqçı şxunu ilə Honq Konqdan gələn yük gəmisi toqquşub. Nəticədə balıqçı gəmisi batıb, 8 nəfər itkin düşüb.
“Xinhua” agentliyi batan şxunun göyərtəsində qəza vaxtı 14 ekipaj üzvü olduğunu bildirir. Onlardan 6-nı xilas etmək mümkün olub.
Hazırda vertolyotlar da cəlb olunmaqla ərazidə axtarış-xilasetmə işləri davam edir.
Qəzanın səbəbləri barədə hələ məlumat verilmir.
Müstəqil.Az