Çin Xalq Respublikasının Sədri Si Cinpin İlham Əliyevi təbrik edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin İlham Əliyevi təbrik edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin İlham Əliyevi təbrik edib

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Çin hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram.

xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyevə ünvanladığı təbrik məktubund bildirib.

Çin Sədri əmin olduğunu bildirib ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcək.

“Son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. Yüksək səviyyəli siyasi etimad mühiti yaranır, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur. Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram. Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirəm. Dost Azərbaycana tərəqqi, xalqınıza isə xoşbəxtlik və əmin-amanlıq diləyirəm”, – deyə qeyd olunub.

Share: