İspaniya sakini maraqlı bir səbəbdən həbs olunub.
Məlum olub ki, o, başqa insanların yol hərəkəti qaydalarını pozuntularını öz üzərinə götürür, cinayət etiraf edir və bununla dolanışığını təmin edir.
Polisin məlumatına görə, adı açıqlanmayan şəxs cərimə ödəmək və ya sürücülük vəsiqəsini itirmək istəməyən bütün sürücülərə bu təklifi edib. Xidmətlərinə görə isə 75 avrodan 200 avroya qədər pul alıb.
Araşdırma zamanı məlum olub ki, bir hadisə zamanı şübhəli şəxs eyni gündə yarım saat fərqlə iki cinayət törətdiyini etiraf edib. Baxmayaraq ki, bu iki məntəqə arasında məsafə 800 km olub.
Polisdən məlumat verilib ki, ən azı 91 nəfər həbs edilən şəxsə xidmət üçün müraciət edib. Maraqlıdır ki, saxlanılan şübhəli şəxsin özü artıq çoxdan sürücülük vəsiqəsindən məhrum edilib.
Mənbə: Gazeta.ru