İngiltərədə cinayətkar polisdən gizlənmək üçün özünü oyuncaq ayı kimi göstərsə də, həbs edilib.
Coşua Dobson avtomobil oğurlayıb və axtarışa verilib.
Polis gözlənilməz ziyarətlə onun evinə gəldikdə isə cinayətkar insan ölçüsündəki ayı oyuncağının içərisində gizlənib.
Bununla belə, Coşua diqqətdən yayına bilməyib. Zabitlər oyuncaq ayının nəfəs almağa başladığını görüblər. Nəticədə o, həbs edilib.
Məhkəmə Dobsonu avtomobil oğurladığı və benzinin pulunu ödəmədən yanacaqdoldurma məntəqəsindən qaçdığına görə doqquz ay müddətinə azadlıqdan məhrum edib.
Mənbə: gazeta.ru