Çində koronavirus necə azaldı?

Çində koronavirus necə azaldı?

“Çinin təcrübəsi göstərir ki, maska ​​taxmaq, əl gigiyenası və sosial məsafə COVID-19-un yayılmasının qarşısını almaq üçün təsirli metodlardandır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Çin Dövlət Səhiyyə Komitəsinin xəstəliklərin qarşısının alınması şöbəsinin müdiri Tsuy Qan keçirdiyi brifinq zamanı qeyd edib.

“İndi peyvəndin ilk növbədə risk altındakı əhalinin yalnız bir hissəsinə veriləcəyinə baxmayaraq, qalanlarının narahat olmağına ehtiyac yoxdur. Bizdə epidemiyanın qarşısını almaq üçün bir çox təsirli metod var, məsələn, ictimai yerlərdə maskalar taxmaq, sosial məsafəni qorumaq və əl gigiyenası

Epidemiyanın qarşısının alınması istiqamətində bütün bu üsulların çox təsirli olduğu sübut olunub, buna görə hər kəsin fərdi qoruyucu tədbirlər görməsi lazımdır”,-deyə Tsuy Qan qeyd edib.

Çinin Dövlət Səhiyyə Komitəsi şənbə günü riskə məruz qalan əhalinin peyvənd edilməsi üçün işə başladığını bildirib. Bununla belə neçə nəfərin, hansı vaxtda və hansı vaksinlə peyvəndlənəcəyi açıqlanmayıb.

Qeyd edək ki, bütün dünyaya Çindən yayılmağa başlayan koronavirus həmin ölkənin özündə demək olar ki, bitmək üzrədir. Belə ki, son sutka ərzində Çində cəmi 17 nəfərdə koronavirus aşkarlanıb, ölən isə olmayıb. Ölkədə 307 aktiv koronavirus xəstəsi var.

Share: