Çindəki torpaq sürüşməsi nəticəsində 21 nəfər öldü

Çindəki torpaq sürüşməsi nəticəsində 21 nəfər öldü

Çinin şimalındakı Şaansi əyalətinin mərkəzi olan Şian şəhəri yaxınlığında torpaq sürüşməsi nəticəsində 21 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən  xəbər verir ki, torpaq sürüşməsi nəticəsində şəhərin qərbindəki magistral yol zədələnib.

Həmçinin, 900 evin elektrik enerjisi kəsilib.

Torpaq sürüşməsi nəticəsində 21 nəfər həyatını itirib, itkin düşən 6 nəfərin axtarışları isə davam edir.

Qeyd edək ki, iyul ayından bəri Çinin şimal əyalətləri tayfunlarının səbəb olduğu güclü yağış və daşqınlarla üzləşib.


Share: