Çindən gələn səyahətçilər üçün 11 ölkə COVID-19 testi tələbi tətbiq edib.
Bu ölkələr sırasına ABŞ, Böyük Britaniya, Avstraliya, Fransa, Kanada, İspaniya, İtaliya, Yaponiya, Tayvan, Cənubi Koreya və Hindistan daxildir.
Malayziya və Filippin Çindən gələn şəxslər üçün mənfi PCR testi tələbilə yanaşı digər məhdudiyyətlər də qoyub.
Mərakeş hakimiyyəti isə ümumiyyətlə Çin vətəndaşı olan bütün şəxslərin ölkəyə girişini qadağan edib.
Xatırladaq ki, Çin hökuməti kütləvi etirazlardan sonra karantin tələblərini yumşaldıb. Nəticədə hər gün COVID-19-a yoluxanların sayı kəskin artıb. Ətraf ölkələr Çindən gələn sərnişinlərin bu ölkələrdə də yeni virus dalğasına səbəb ola biləcəyindən narahatdırlar.
Mənbə: rossaprimavera.ru