Dənizçilərə Sosial Dəstək İctimai Birliyindən “Report” a istinadən Müstəqil.Az-a verilən məlumata görə İyun ayının 30-da Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənən və 43 konteynerdən ibarət blok qatarı Bakı Limanında aşırılıb.
Məlumatda qeyd olunub ki, 6 saat davam edən yükaşırma əməliyyatdan sonra yüklər Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Türkiyəyə çatacaq.
Qatarla Türkiyə Respublikasına Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü Ady Container MMC-dir.
Qeyd edək ki, bu Sian-İstanbul marşturu üzrə hərəkət edən ikinci belə bir karvandır. “Xi’an Free Trade Port Construction and Operations” logistik platforma tərəfindən təşkil olunan blok qatar mütəmmadi olaraq Çindən Türkiyəyə yüklər daşıyacaqdır.
Müstəqil.Az