Çingiz Əsgərov: “Ermənistanın növbəti sorğusuna tam obyektiv cavab Avropa Məhkəməsinə təqdim ediləcək”

Çingiz Əsgərov: “Ermənistanın növbəti sorğusuna tam obyektiv cavab Avropa Məhkəməsinə təqdim ediləcək”

“Ermənistanın növbəti sorğusuna tam obyektiv cavab İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim ediləcək”.

Bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov “Twitter”də bildirib.

“Bundan sonra, göndərdiyimiz məlumat Ermənistana ötürüləcək. Yəni, proses gedir. Şübhəsiz, tam obyektiv məlumat İHAM-a təqdim ediləcək. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir”, – Ç.Əsgərov qeyd edib.

 


Share: