Qədim zamanlarda telekommunikasiyanın olmadığı bir dövrdə sevənlər öz yarı, dənizdə azmış tənha dənizçilər ailəsi ilə əlaqə qurmaq, səyyahlar kəşf etdikləri ərazilər barədə məlumatları sahilə çatdırmaq üçün içərisinə məktub qoyulmuş şüşə qabalardan məktubdan istifadə edirdilər. Dalğaların ixtiyarına verilmiş bu şüşə qablar əksər hallarda ünvanına çatmasa da, sahilə çatırdı. Uzun illər keçməsinə baxmayaraq bu üsuldan hələ də bəzi “romantik”lər istifadə edir.
Müstəqil Az ın poçt şüşəsinin maraqlı tarixçəsini təqdim edir:
Poçt şüşəsi haqqında mövcud əfsanələrdən biri eramızdan əvvələ gedib çıxır. Deyilənən görə, poçt şüşəsindən ilk dəfə yunan filosofu Teofrast eramızdan əvvəl 310-cu ildə Atlantik okeandan Aralıq dənizinə axan suyun istiqamətini təyin etmək üçün istifadə edib. Nəticədə filosofun göndərdiyi şüşə Siciliya sahillərində tapılır. H’min vaxtdan poçt şüşəsinin aktiv istifadəsi başlanılır.
18-ci əsrdə fransız meteoroloqu və alimi Laqenier okean sularının istiqamətini tədqiq etmək məqsədilə San-Dominqodan Fransaya qayıdan zaman poçt şüşəsindən istifadə edir. Alimin istifadə etdiyi şüşə bir neçə ay sonra Bretanidə tapılır.
Rusiya İmperiyasında 1907-1912-ci illərdə Yapon və Oxot dənizlərinin səmtini təyin etmək üçün on minlərlə poçt şüşəsindən istifadə edilib.
Dənizçi-səyyah Xristofor Kolumb Hindistana dəniz yolunu kəşf edən zaman səfər barədə hesabatını İspaniya şahzadəsi İzabellaya məhz poçt şüşəsi vasitəsilə göndərirdi. Kolumbun göndərdiyi məktublardan biri 1852-ci ildə Cəbəllütariq boğazında tapılıb.
Almaniyanın Dəniz Observatoriyası elmi eksperiment məqsədilə Hind okeanına 1886-cı ildə poçt şüşəsi buraxır. Həmin şüşə 132 il sonra – 2018-ci ildə Avstraliya sahillərində tapılır.
1590-cı ildən 18-ci əsrin sonlarına qədər okeandan tapılmış poçt şüşələrinin icazəsiz açılmasına görə İngiltərədə ölüm hökmü cəzası verilirdi. Okeandan tapılmış poçt şüşələrini açmaq üçün sarayda məxsusi bu işə baxan vəzifəli şəxs otururdu.
Gəmiçilik sahəsində itkin düşmüş dənizçinin və ya gəmi heyətinin taleyi haqqında son məlumatın poçt şüşəsi vasitəsilə gəlib çatması barədə yüzlərlə əhvalat mövcuddur.
1960-cı ildə SSRİ-yə məxsus T-36 barjı və heyəti okeanda 48 gün qaldıqdan sonra poçt şüşəsinin köməyilə xilas olublar.
2005-ci ildə Kosta-Rikada qayıqları qəzaya uğramış 88 nəfər immiqrantın kömək məqsədilə suya buraxdığı poçt şüşəsi onların həyatını xilas edib.
Elmi tədqiqatlar və ya imdad diləmək məqsədilə istifadə olunan poçt şüşəsi ədəbiyyatda və kinematoqrafiya sahəsində də süjet xətlərinin əsas sütununu təşkil edən mövzu kimi dəfələrlə istifadə olunub.
Müstəqil.Az