Bir neçə həftə öncə Çin dövlət medyası Çinin Mali , Cənubi Sudan və Darfurda BMT Sülhməramlıları vasitəsilə əməliyyatlar həyata keçirdiyini yayınlamışdı.
Əməliyyatların BMT Sülhməramlılarının ( UNPKO) nəzdində keçirilməsinə baxmayaraq, Çin dövlət mediyası bunu “Çin keyfiyyəti” və ya “Çin standardı” adlandırmışdı.
Suriya böhranı zamanı ABŞ, Fransa ardından isə Rusiyanın BMT-də TŞ-nın təcili iclasları zamanı Çin bu məsələdə aktiv siyasi xətt tutmadı. BMT-yə ən çox büdcə ayıran dövlət bildiyimiz kimi hələ də ABŞ-dır. Lakin ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Halleyin 28 martda açıqladığı kimi “ABŞ artıq BMT büdcəsinin 25%-dən artığını qarşılamayacaq” sözləri Çini hərəkətə keçirdi. Çin isə öz artan iqtisadi gücünü BMT-nin Sülh proqramlarına yatıraraq bir növ “ Sülh, mədəniyyət və gücün simvolu” olmağa çalışır.
Əgər 2013-cü ildə Çin BMT büdcəsinin 3%-ni qarşılayırdısa artıq bu rəqəm 10,25% təşkil etməkdədir. 2015-ci ildə Nyu Yorkdakı “Sülhü qoruyan liderlərin zirvə görüşündə” Jİ Ping gələcək 5 il müddətində sülhün qorunmasına dair proqramlara daha 1 milyard dollar yatırım edəcəklərini açıqlamışdı. Bundan başqa 8 min “Xalq qurtuluş ordusu” adlı BMT sülhməramlısı da hazırlamışdır.
Fevral ayında , Çin Sülhməramlılarının (MİNUSMA) Malidə olan beşinci bölüyü , BMT-nin sülhə verdiyi töhfələr üçün verilən ən önəmli mükafatı olan “Sülh Nişanı” ilə təltif edildi . 15 Martda isə Daily People mətbuat agentliyi Çinli bir helikopter donanmasının, Darfur’daki Afrika Birliyi – Birləşmiş Millətlərin Hibrid Əməliyyatına (UNAMID) 40 ton kargo ve 800 Senegal vətənndaşı olan sülhməramlını uğurlu bir şəkildə hazırladığınını vurğuladı . Ardından isə bütün bunları yüksək qiymətləndirən BMT Baş Katibi Antonio Guterres Çini beynəlxalq sülhdə “Qurucu” adlandırdı.
Çinin Beynəlxalq sülhü qoruması təkcə Afrika ilə yekunlanmayacaq. Beləki, Çin Sülhü qorumaqla eyni zamanda öz ordusunu modernizasiya etməyə çalışır, hətta Jİ Ping beynəlxalq sülhə və təhlükəsizliyə qarşı baş verə biləcək hər hansısa təhdidə adekvat cavab verə bilmək üçün “Çin özəlliklərinə sahib müasir bir döyüş sistemi” istəmişdi .
Beynəlxalq Sülhü qorumaq Çində sadəcə bu sahədə lider imici formalaşdırmaqda davam edəcək. Eyni zamanda Mali və Darfurda yeni yol tikintiləri üçün də mühəndislər cəlb edilmişdir. Bütün bunlar Çinin həm ikili münasibətlərdə irəliləmək istədiyini, bir-başa heç bir münaqişəyə girməyərək rəqiblərindən yayınmağı, həm də yenidən iqtisadi yatırımlar vasitəsilə bölüşdürülən dünyada Afrika materikində əsas iddaçı olduğunu büruzə verir. Çin “Yumşaq Güc” dən belə məharətlə istifadə etməyə davam edərsə ABŞ-ı ilk öncə qlobal imicindən daha sonra isə gücündən edəcək.
Novruzəli Yusubzadə