“Pink Ermənistan” ((PINK Armenia”) adlı LGBT təşkilatı Ermənistan baş nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyana müraciət edib.
Müstəqil.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, icma üzvləri Ermənistan hakimiyyətini homoseksuallara təzyiq göstərməkdə ittiham ediblər.
Dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən əvvəl cinsi azlıqlar üzərində təzyiqlərin artdığı iddiası vurğulanan bəyanatda hakim siyasi dairələrdən basqıların dayandırlması tələb olunur:
“Siyasi dividend əldə etmək üçün LGBT icmasının üzvlərinə qarşı spekuliyasiyaya yol verməyin. Məlumdur ki, dekabrın 9-da növbədənkarən parlament seçkiləri keçiriləcək. Ermənistanın hakim siyasi dairələrinin seçkilərdən əvvəl siyasi dividend qazanmaq məqsədilə LGBT üzvlərinə təzyiqlərə başlamasından təəssüflənirik”.
Bəyanatda həmçinin qeyd edilir: “Biz “Pink Ermənistan” Təşkilatının üzvləri olaraq bildiririk ki, LGBT-nin adının hansısa siyasi planda hallandırılması və günahı bizdə axtarmaq lazım deyil. Təəssüf ki, bunu dəfələrlə dilə gətirsək də, təzyiqlərin və ittihamların qarşısını almaq mümkün olmur”.