“CityNet” provayderindən müştərilər üçün əlverişli təklif

“CityNet” provayderindən müştərilər üçün əlverişli təklif

“CityNet” müştərilər üçün əlverişli 1+1 kampaniyasına start verdi. Artıq “CityNet” xidmətlərinə yeni qoşulan və mövcud tariflərdən birini seçən müştərilər birinci ayın abunə haqqını ödəyərək ikinci ay seçilmiş tarifdən pulsuz istifadə edəcəklər. Kampaniyadan “www.citynet.az” veb saytı vasitəsilə xidmətlərə qoşulmaqla yararlanmaq mümkündür.

Yeni müştərilər şirkətin veb saytında müvafiq məlumatları daxil etməklə üç tarif paketindən birini seçərək qoşulma sorğusu göndərə və kampaniyadan yararlana bilərlər. Birinci tarif paketində 40 mbit/s sürətli internet sadəcə 17.99 AZN-ə təqdim edilir. Həm internet, həm də TV xidmətini əhatə edən ikinci tarif paketində 50 mbit/s sürətli internet və 240 TV kanal birlikdə istifadəçilərə sadəcə 27.99 AZN-ə təqdim olunur. Vahid paketdə olan üç xidmət – 100 mbit/s internet, 240 TV kanal və ev telefonu xətti xidməti isə “CityNet” tərəfindən abunəçilərə sadəcə 37.99 AZN-ə təqdim edilir.

“CityNet”in 1+1 kampaniyası məhdud müddətdə qüvvədə olmaqla yeni qoşulan abunəçilərə şamil olunacaq. Bu səbəbdən internet provayder müştərilərini bu əlverişli kampaniyadan yararlanmağa çağırır.

Kampaniya “CityNet” xidmətlərinin aktiv olduğu bütün ərazilərə və həm FTTB, həm də GPON texnologiyası ilə xidmətlərə qoşulan abunəçilərə şamil edilir.


Share: