ABŞ-ın İndiana ştatında Milli Atıcılıq Assosiasiyası qarşısında çıxışı zamanı prezident Donald Trampa mobil telefon atılıb.
Müstəqil.az xəbər verir ki, bu haqda “Fox News” bildirib.
Kadrlarda görünür ki, dövlət başçısı tribunaya çıxdığı zaman insanların arasından biri telefon atır. Telefon prezidentdən bir ne,’ addım aralıda səhnədə yerə düşür.
Telefonu atan şəxs saxlanılıb. Polis onun sərxoş olduğunu açıqlayıb. Onun bu hərəkətinin səbəbləri hələ məlum deyil. Araşdırma davam edir.