Çiynində nə qədər yükün var, adam, Qəm yükü, dərd yükü, məhəbbət yükü – Səadət Qərib

Çiynində nə qədər yükün var, adam, Qəm yükü, dərd yükü, məhəbbət yükü – Səadət Qərib

Səadət QƏRİB qürbət şairidir. İllərdir Vətəndən uzaqda yaşayır, amma Vətənsiz yaşamır. Onun şeirlərindən Vətən, Torpaq, Qarabağ qoxusu gəlir. Sözlərinə yazılan musiqilər tanınmış sənətçilər tərəfindən ifa olunur, sevilir.
Müstəqil. Az Səadət xanımın  yeni şeirlərini təqdim edir.

ALİ BAŞ KOMANDANIM
 
Heydər oğlu, qəhrəman ,
Tarix yazan sərkərdə.
Xariqələr yaratdın
Sən zəkanla hər yerdə.
 
Dəmir yumruqlu adam,
Adın gəzir dillərdə.
Ulu öndər ruhun şad,
Yurdun əmin əllərdə.
 
Dünyanı heyran etdin
Vətəninə sevginlə,
Göstərdin öz gücünü
Böyük siyasətinlə.
 
Yenə də İlham dedi
Şanlı Azərbaycanım.
Yaşa, yaşa , çox yaşa
Ali baş komandanım.
 
TARİXİ ZƏFƏR QARABAĞ
 
Fərəh fərəhə qarışdı
Sevincimiz aşıb, daşdı
Qələbəmiz çox yaraşdı
Sənin hüsnünə Qarabağ .
 
Əsgərlərin azan səsi
Azadlığın zümzüməsi
Qarabağın şikəstəsi
Sənin şəninə Qarabağ.
 
 
Boylanırdın yetim- yetim
Gül açdı arzu niyyətim
Əridi bütün həsrətim
Qurbanam sənə Qarabağ.
 
 
Ulu öndər vəsiyyəti
Qəbul oldu hər niyyəti
Heyder oglu qətiyyəti
Düşməni yendi Qarabağ..
 
 
Qəhrəman şəhidlərimiz
Yenilməyən əsgərimiz
Vətənə böyük sevgimiz
Tarixi zəfər Qarabağ!!!
 
YÜK 
 
Çiynində nə qədər yükün var, adam
Qəm yükü, dərd yükü, məhəbbət yükü.
Dünənin bir namərd cəllad körpüsü
Bugünün daşıyır sədaqət yükü.
 
Əl- ələ gəzirsən xəyallarınla
Hələ yaşayırsan olmaz arınla
Öyürsən özünü “yalan” varınla
Taxt qurub içində səfalət yükü .
 
Bir daş qoymamısan daşının üstə
Hər gün bir yaş gəlir yaşının üstə,
Tutmusan vəfanı başının üstə.,
Ayağın altinda məşəqqət yükü.
 
Bu nimdaş dünyadan sən təzə umma,
Dərdin badəsindən, heç məzə umma,
Peşiman ürəkdən möcüzə umma,
Gözündə apardın səadət yükü..
 
Günaha bulaşıb çirklə gedirsən,
Kimin var orada ərklə gedirsən
Bu son mənzilinə yüklə gedirsən.
Əlində bir zənbil qəbahət yükü..
07.02.2021
 
QARABAĞ BİZİMDİR
Mus: Sevinc Mənsurova
 
Gözün tox olubdur Azərbaycanım
Əzəldən kimsəylə olmadı işin.
İlan tək qoynunda bəslədiklərin,
Yenidən nankörcə göstərdi dişin.
 
Tarix təzələndi əsrlər boyu,
Düşmən həmən düşmən, beyin eynidir.
Erməni xisləti heç dəyişmədi ,
Həmən vəhşiliklər ,oyun eynidir.
 
Dayaz düşüncəli, ruhları xəstə
Çıxmış nəfsləri hədəqəsindən
Qanları böhtanla şərlə yoğrulmuş,
Qəlbləri şeytanın vəsvəsəsindən!..
 
Gözləri həmişə Türk dünyasında,
Arzusu onların gözündə qalsın!!!
“QARABAĞ BİZİMDİR” eşitsin dünya!..
Qoy bütün dünyada Haqq Zəfər çalsın!!!
.... ÖLMƏZ ŞƏHİDLƏR…
 
 
O soyuq qış günü qəfil güllələr
Azadliq səsini susdurammadi .
“20 yanvar”ı yazdı tarixə…
Qara hərflərlə ölmez şəhidlər.
*
Namərdlər xəyanət ,etdi gör necə,
İblis xislətiylə qan içə -içə,
Xalqıma təcavüz oldu o gecə,
Azadlıq yolundan dönməz şəhidlər,
Əbədi yaşayar, ölməz şəhidlər!
*
İstiqlal yolunu müstəqil seçdi,
Silahsız tankların önünə keçdi,
Haqq sözünü deyərək dünyadan köçdü,
Qorxu nədir ,əsla bilməz şəhidlər-
Əbədi yaşayar ölməz şəhidlər!
 
*
Azadlıq qazandıq qan bahasına,
Nə qədər can verdik can bahasına,
Ucaldiq zirvənin ən ucasına,
Şərəf , qururumuz, sizsiz şəhidlər,
Əbədi yaşayar, ölməz şəhidlər!!!
 
QARABAĞ 
 
Bir yaraydın bağrımızda,
Acımızda , ağrımızda
Otuz ildir yadımızdan-
Çıxmadın bir an Qarabağ!…
 
Yad əlində əsir olan,
Neçə illər yetim qalan,
Sənsiz daim donub, inan
Damarımda qan Qarabağ!…
 
Gəldik,bizə, açdın qucaq,
Əbədi yansın bu ocaq,
Sənin ilə bir olacaq,
Ruhum, cismim,can Qarabağ!…
 
 
Günəş doğan səmasına,
Şəhid qoxan havasına ,
Bütün Turan dünyasına,
Şöhrət ilə şan Qarabağ!…
 
 
Ay ulduzum qarşılayır,
Yeni bir tarix başlayır,
Ruhu ilə alqışlayır,
Cabbar, Seyid, Xan , Qarabağ!…
 
ZƏFƏR ƏTIRLI QƏHRƏMAN
(Gəncəli qəhrəman şəhidimiz Yüksəl
Əlizadənin xatirəsinə )
Musiqisi: İlhamə Adilqızı
 
Gəncəmizin mərd Yüksəli
Ucalmısan zirvələrə.
Heç bilmədin qorxu nədir,
Sinə gərdin güllələrə.
 
Şərəfli ad daşıyırsan,
Tarixlərdə qalacaqsan!
Ürəklərdə yaşayaraq
sönməz məşəl olacaqsan!
 
Böyük Vətən savaşında
Hayqırdın ki, mən də varam…
Azərbaycan mənim elim,
Hər daşını qoruyaram…
 
Çatdin elin harayına,
könüllülər sırasında.
Şücaətlə ad qazandın
yaşıdların arasında.
 
Neçə yaralı əsgəri
daşıdın öz kürəyində
Neçə arzu, diləyini
apardın öz ürəyində.
 
Vətənimin iğid oğlu
Heç bir şeydən çəkinmədin.
Düşdün ölüm sınağına,
Yenə yolundan dönmədin.
 
Vətən üçün candan keçib,
Əbədiyyətdə doğuldun.
Qaranlıqdan sabahlara
Daim doğan Günəş oldun!
 
Allah dərgahında özün
Vətən boyda uca dağsan.
Zəfər ətirli, qəhrəman
Azərbaycan, Qarabağsan!!!
 
ZƏFƏR MARŞI
Mus: Feraim Sadiq
Analarin duası
şükür ,qəbul olundu.
Xocalımın qisası,
intiqamı alındı.
Şuşamın dağlarına
Ay- ulduzlar yayıldı
Qarabağ, eı obama
bayrığımız sancıldı… . hey, hey, hey…
 
Ali Baş komandanın
Tarix yazan yoluyla.
Polad,Mübarizlərin
İnamlı addımıyla.
Qovuşduq doğma yurda
rəşadətli orduyla..
Çırpınır qəlblərimiz-
Yaşasın qələbəmiz hey ,hey ,hey…
 
Mərd namərd savaşında
Ərənlərim vuruşdu.
Cəbhəyə getmək üçün
Könüllülər yarışdı
Şəhidlerimin qanı
Torpağıma qarışdı..
Anaların bağrı dağ,
Hər şəhidim Qarabağ!!!…
 
Haqq bizik ,ədalət biz
Vətənədir sevgimiz,
Dünyanı heyran etdi
Birliyimiz, gücümüz.
Sözümüzü deyirik
Eşitsin,bütün cahan
Qarabağ Azərbaycan
Tariximiz kökümüz
Sebrimiz ,zəfərimiz hey,hey, hey….
 
Nəqarət:
Sən nə gözəl qoxursan
Vətən torpağı ,türkün
torpağı,can torpağımız……
Ətrindən doymaq olmur
Cənnət bağımız,
öz diyarımız,
Qarabağımız!…
Share: