ÇL-də qrup mərhələsinə start verilir

ÇL-də qrup mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

Müstəqil.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su doğma azarkeşləri önündə “Çelsi”ni qəbul edəcək.

Gecənin maraqlı qarşılaşmalarından biri isə Parisdə baş tutacaq. Burada PSJ doğma meydanda “Yuventus”la üz-üzə gələcək.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr

E qrupu

20:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Çelsi” (İngiltərə)

23:00. “Zaltsburq” (Avstriya) – “Milan” (İtaliya)

F qrupu

23:00. “Leyptsiq” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)

23:00. “Seltik” (Şotlandiya) – “Real Madrid” (İspaniya)

G qrupu

20:45. “Borussiya” (Dortmund, Almaniya) – “Kopenhagen” (Danimarka)

23:00. “Sevilya” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

H qrupu

23:00. PSJ (Fransa) – “Yuventus” (İtaliya)

23:00. “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail)

Qeyd edək ki, ilk turun digər 8 matçı sentyabrın 7-də oynanılacaq.

Müstəqil.Az

Share: