Sursat çatışmazlığı səbəbindən Donetsk vilayətində ukraynalılar ikinci və üçüncü müdafiə xəttinə çəkilməyə məcbur olublar.
-nın “RBC-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bunu Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri Con Kirbi deyib.
“Onların Donbassda sursatları tükənir və indi ikinci və üçüncü müdafiə xəttinə çəkilirlər. Ruslar qərb istiqamətindən sıxışdırmağa çalışırlar. Ukraynalıların dəstəyə ehtiyacı var və indi də lazımdır”, – Ağ Ev rəsmisi bildirib.