Salam, bu, Böyük Britaniyanın Baş naziri Boris Consondur. Mən Polşadan Kiyevə gedən fantastik “Ukrzaliznitsiya” qatarındayam. Mən sadəcə olaraq gördüyünüz işlərə görə bütün dəmiryol komandasına dərin təşəkkürümü bildirmək istədim.
Müstəqil.Az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.
“Eşitdim ki, burada sizə “dəmir adamlar” deyirlər. Bu, əlbəttə ki, sizin dəmir yolu sənayenizlə bağlıdır, lakin eyni zamanda, sizin ruhunuzu, ukraynalıların Rusiyanın dəhşətli təcavüzünə qarşı nümayiş etdirdiyi əsl Ukrayna ruhunu əks etdirir. Mən sizin itkilərinizə dərin hüznlə başsağlığı verirəm və qəlbim Kramatorskda zərər çəkmiş dəmiryolçularladır. Bilməyinizi istəyirəm ki, Birləşmiş Krallıq bu mübarizədə sizinlədir!”, – Conson bildirib.
Müstəqil.Az