İspaniyanın Baş naziri Pedro Sançesin COVID-19 testinin müsbət çıxdığı və bu səbəbdən sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək G-20 Sammitində iştirak etməyəcəyi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, Baş nazirlik mənbələrinin İspaniya mətbuatına verdiyi məlumatda Sançesin səhhətinin yaxşı olduğu və Madriddəki iqamətgahında işləməyə davam edəcəyi qeyd edilib.
Səhiyyə qurumlarının məlumatlarına görə, İspaniyada 21-27 avqust tarixləri arasında 508744 COVID-19 testi olunub. İki ay əvvəllə müqayisədə COVID-19 test satışlarında 500 faiz artım var.