Dartmus kollecinin mütəxəssisləri ev şəraitində wi-fi siqnalının gücünü artırmağın yolunu tapıblar.
Müstəqil.Az Milli.az-a istinadən xəbər verir ki, bəziləri üçün bu üsul çox sadə gələ bilər. Çünki alimlər siqnalı gücləndirmək üçün alüminium folqasından istifadə ediblər.
Belə ki, onlar folqadan bir növ reflektor hazırlayıb və bununla da daha güclü wi-fi əldə ediblər.
Əksər wi-fi modemlər siqnalı öz ətrafında yayır və bu zaman siqnal ehtiyacımız olmayan yerlərə doğru yönəlir. Dartmus kollecinin mütəxəssisləri “WiPrint” adlı yeni alqoritm yaradıblar. Hansı ki, o, modemin quraşdırılacağı məkanı analiz edib uyğun rekleftor formasını təqdim edir. Daha sonra isə həmin formanı 3d printer vasitəsilə çap edib üzərinə alüminium folqası yapışdırıb nəticə almaq mümkündür.
Bu şəkildə reflektorsuz sadə modem göstərilib
Bu şəkildə isə reflektor quraşıdırılmış modem göstərilib.
Alimlər deyirlər ki, onların bu üsulu yönləndirilmiş antenalardan daha ucuz başa gəlir. Həm də reflektorla siqnala istiqamət vermək wi-fi modemimizi istəmədiyimiz qonşulardan qorumağa kömək edir.
Videonu izləmək üçün şəklə klikləyin: