Əməkdar artist Süleyman Abdullayevin (“Dədə Süleyman”) müalicəsi xəstəxanada davam etdirilir.
Bu barədə APA-ya sənətkarın qızı Aygün Abdullayeva məlumat verib.
“İndi xəstəxanadadır. Düzdür, əvvəl getmək istəmirdi, amma sənətçi dostları razı sala bildi. Həkimlər deyir ki, indilik vəziyyəti yaxşıdır. Müalicəsi hazırda davam etdirilir”, – o bildirib.