Hindistanın “Eyr İndia Ekspress” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kerala ştatının Kojikode şəhərinə enişi zamanı eniş-uçuş zolağından çıxıb.
Müstəqil.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində pilot həyatını itirib, xeyli sərnişin isə xəsarət alıb. Təyyarənin iki hissəyə bölündüyü bildirilir.
Qəza nəticəsində 20 nəfər ölüb, 120-dən çox insan isə yaralanıb.
Yaralılardan 15-nin vəziyyəti ağırdır.(publika)