Banqladeşin Dəkkə şəhərində 15 min ev yanaraq kül olub.
“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, nəticədə 50 min insan evsiz-eşiksiz qalıb. Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.
Hadisə nəticəsəində bir neçə nəfər xəsarət alıb. Yanğının söndürülməsi üçün 6 saat vaxt sərf olunub. Evsiz qalan sakinlər müvəqqəti yaşayış üçün nəzərdə tutulan məntəqələrə yerləşdirilib.
Müstəqil.Az