Dəməşq yaxınlığında terrorçuların gizli həbsxanası aşkarlanıb-VİDEO

Suriyadakı Rusiya hərbi polisinin əməkdaşları yaraqlıların təxminən beş ilqərargah və həbsxana kimi istifadə etdiyi zirzəmini aşkar ediblər. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Dəməşqin mərkəzindən 7 km şərqdə yerləşən Ayn-Terma bölgəsindəki altı mərtəbəli evin zirzəmisi, yerli dəstə liderinin kabineti olub. Eyni yerdə ekstremist materiallar olan bir kitabxana, səhra komandirləri üçün otaq, mətbəx, duş otağı və ölçüsü bir yarım metr olan bir neçə hücrə müəyyən edilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Ayn-Terma əhalisinin əksəriyyəti bu həbsxanada olub. Yaraqlılar məhbuslara ac saxlayırmışlar, həmçinin onları terrorçulara qoşulamağa məcbur edirmişlər.

Suriya ordusu tezliklə bu obyekti məhv etmək niyyətindədir.

Share: