Dəmir yolları ilə sərnişindaşıma artıb

Dəmir yolları ilə sərnişindaşıma artıb

Azərbaycanda bu ilin sentyabr ayında 631 204 sərnişin qatarlarla səyahət edib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, bu, 2022-ci ilin göstəricisindən 46% çoxdur.

Ümumilikdə isə bu il ərzində ADY 5 milyona yaxın sərnişinə xidmət edib.

Share: