Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Mütaliə bizə nə verir” mövzusunda tədbir kecirildi

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət  Peşə Təhsil Mərkəzində “Mütaliə bizə nə verir” mövzusunda  tədbir kecirildi

22.04.2025 ci il tarixində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət  Peşə Təhsil Mərkəzində» Mütaliə bizə nə verir» mövzusunda  kecirilən tədbirdə  Yazıcılar birliyinin üzvləri olan  şairə xanımlar  iştirak edirdi. Mərkəzdə 40 ildən çox pedaqoji fəaliyyəti olan və bu gün  qonaqlarımız olan Respublikanın Əməkdar müəllimi Esmira Rəhimova və Əfəndiyeva Gülnaz xanım da iştirak edirdi.

Şairə qonaqlar:  Xatirə Fərəcli — Azərbaycan Yazıçılar Birliyində  Multukultural məsələlər üzrə məsul şəxs, Aysəl Xanlarqızı Səfərli — Şair AYB üzvü, Prezident mükafatcısı, Gülnar Ümid Şair- AYB üzvü, Prezident mükafatcısı, Aliyə Əzizgül Şair, yazıçı, AYB üzvü idi.

Daha sonra şairə xanımlar gətirdikləri kitabları mərkəzin kitabxanasına bağışlandılar. Eyni zamanda Respublikada keçirilən COP-29 tədbirinə Azərbaycan Yazıçılar Birliyinin hazırladığı «Yaşılım, yaşılım hara gedirsən» kitabı hədiyyə olaraq kitabxanamıza verildi.

«Mütaliə etməyin faydalari və müasir dövrdə uğurlu olmaq üçün oxumaq nə dərəcədə önəmlidir” mövzularında fikir mübadiləsi aparıldı.

Mütaliə özündə  kitaba  sevgi, oxuya maraq, oxuduğunu qavramaq və anlamaq kimi anlaşmanı birləşdirdiyindən tələbələrimiz bir daha əmin oldular.

Qonaqlarla  yanaşı  mərkəzimizin müəllim kollektivi, eyni zamanda tələbələri də fəal iştirak etdilər.

Share: