Məşhur rusiyalı politoloq İqor Korotçenko Azərbaycanın dövlət hakimiyyətini və güclü iqtisadiyyatının səmərəli modelini Dağlıq Qarabağda 44 günlük müharibədə Bakının İrəvan üzərində qələbə qazanmasına imkan verən əsas amil adlandırıb.
Müstəqil.Az xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında yazıb.
Korotçenko dövlət tarixinin kritik dönəmində ölkəmizi “bir yumruqda birləşdirən” Azərbaycan Prezidenti İlham Əliyevin inadkar işini qeyd edərək bildirib ki, Qarabağ kampaniyasında dövlətimizin uğuru qaçılmaz idi, çünki Azərbaycan dövlət olaraq bütün parametrlərinə görə Ermənistandan daha səmərəli mövqe tutur.
“Görünür, Azərbaycan Ordusunun əks-hücum əməliyyatının “dəmir yumruq” adı alması təsadüf deyil”, – deyə ekspert vurğulayıb.
Müstəqil.Az