Dəmir Yumruq yerindədir! – Əkbər Qoşalı yazır…

Dəmir Yumruq yerindədir! – Əkbər Qoşalı yazır…

? 1941-45-ci illər müharibəsi bizimçün “Böyük Vətən Müharibəsi” deyil, 01 sentyabr 1939-cu ildə başlamış və (6 il, 1 gün sonra) 02 sentyabr 1945-ci ildə sona çatmış II Dünya Müharibəsinin
5 illik əsas tərkib hissəsidir;
? Müstəqil Azərbaycan Respublikasının öz Vətən Müharibəsi, Zəfər bayramı, öz qəhrəmanları və qaziləri var;
? Rəsmi Kreml 1941-45-ci illər müharibəsindəki qələbəni mənimsəməyə, digər xalqların böyük və fədakar rolunu unutmağa çalışır, halbuki keçmiş müttəfiq respublikalar olmadan faşizm üzərində qələbə, sadəcə mümkün deyildi. Özəlliklə, o vaxt
3 milyonluq əhalisinin 600 mini cəbhəyə yollanan, 300 min döyüşçüsu həlak olan Azərbaycanın qara qızılı, Azərbaycan alimlərinin yüksək oktanlı uçaq benzinini icad etməsi və s. olmasaydı, indi Moskva Moskva, Rusiya Rusiya deyildi…
?Üstəlik, rəsmi Moskva “minnətdarlığ”ını, keçmiş Sovet respublikalarının müstəqilliyinə müxtəlif problemlər törətməklə bildirir.
? Respublikaların ərazi bütövlüyünü yalnız kağız üzərində tanıyan Rusiya, Ukrayna ilə aktiv müharibə aparır, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü pozub
və s.
?Azərbaycana münasibətdə daha qeyri-səmimi davranan Kreml, 30 illik işğalın, işğalın ağır nəticələrinin suç ortağıdır və 44 günlük müharibədən sonrakı sülh prosessinə maneə olmağa, ləngitməyə çalışır.
?Ancaq Azərbaycanı öz haqlı yolundan, Zəfərin nəticələrindən kimsə əsla daşındira bilməyəcək!
?Dəmir Yumruq yerindədir!
??✊??

Əkbər Qoşalı

Share: