Hazırda təqaüddə olan kapitan Mövlud Əliyev DSD İB -yinin Müstəqil.Az-ın “Dənizçi həyatı” layihəsində
O, XDND-nin, eləcə də Azərbaycan dənizçilərinin sayılıb- seçilən və sevilən, hörmətlə adı çəkilən kapitanlarındandır. Haqqında həmişə xoş danışıblar. “Dənizçi həyatı” layihəsində hömsöhbət olmaq istədiyimizi bildirdim. Təvəzökardır. Nəhayət Sosial Şəbəkə üzərindən söhbətimiz baş tutdu:
-Mövlud kapitan, necəsiz, səhhətiniz necədir?
-Şükür, yaxşılıqdır. Təqüddəyəm, ara-sıra dostlarla görüşürəm, zabitlər bağına çıxıram var gəl edirəm və yaşamaqda davam edirəm.
-Sizinlə “DSD” İB-nin və Müstəqil.Az saqytının birgə layihəsi olan “Dənizçi həyatı” da həmsöhbət oluruq. Mümkünsə özünüz haqda qısaca da olsa məlumat verərdinuiz.
– 1955-ni ilin noyabr ayının 27-də Zaqatalada doğulmuşam. Uşaqlığım və yeniyetməlik illərim bu rayonda keçib. Orta məktəbə getmişəm.1972- də Zaqatala şəhəri, Şıxəli Qurbanov adına 3 № li orta məktəbi bitirmişəm.
– Mövlud kapitan, həyatınızın çox hissəsini dənizdə keçirmisiz. Dənizçi olmaq istəyi dənizdən uzaq bir rayonda yaşayan gəncin qəlbində necə yarandı?
-Dənizə maraq elə orta məktəbdən məndə yaranmışdı. Dənizdən uzaq bir məkanda doğulmaq, heç də o demək deyil ki, dənizi tanımayım, sevməyim. Elə, orta məktəbi bitirdikdən sonra Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil oldum. 1977-ci ilin dekabırında “Gəmi sürücüsü” fakultəsini bitirdim.
-Və tələbəlik illərindən sonra dənizçi həyatı başladı.
– Elədir. 1978-ci ilin yanvar ayının 12-də XDND – da “Skorıy” gəmisində kapitanın 3-cü köməkçisi vəzifəsində işə başlamışam. Və bu idarədə müxtəlif vəzifələrdə bir çox gəmilərdə kapitanın baş köməkçisi və kapitan olaraq işləmişəm.
-Dənizçi kimi maraqlı və yadda qalan günləriniz güman ki az olmayıb.
– Dənizdə maraqlı anları, yadda qalan günləri gərək özün yarada biləsən. Belə hallar çox olub, indi bəzən belə günlər xoş xatirə olaraq yada düşür.
-Elə Xəzərdəmi üzdünüz, yoxsa, dənizçilik həyatınızda, uzaq səfərlər, ölkədən kənarda Azərbaycan dənizçisi adını daşımaq da təcrübənizdə var?
– 1985-ci ildə Polşadan “Vixr-7” gəmisini, sonra isə Yuqoslaviyadan “Batax” gəmisini kapitan olaraq gəbul edib Bakiya gətirmişəm.
“Samur” və “Sabit Orucov” gəmilərinin Finlyandiyada əsaslı təmirində olmuşam. Qısaca deyirəm ki oxucularımız üçün baş ağrısı olmasın. 1992- 1993 illərdə Şimal dənizində və 1994-95 xarici sularda “Nefteğaz-62” gəmisinin kapitanı olaraq işləmişəm. Yedəkləmə əməliyyatları aparmışıq. XDND tarixində ilk dəfə Amerikadan Hindistana metal qirintisi üçün iki gəmini eyni vaxtda yedəkdə aparmışıq. Çətin hava şəraitində, Qasırğalı bir havada, təsəvvür edin, küləyin sürəti 43 m/s, dalğanın hündürlüyü 16 m idi. Afrikanın “iynə” burnunu keçdikdən sonra yedək trosları qırıldı. 4 həftə ərzində heç bir başqa gəminin köməyi olmadan həmin gəmiləri yenidən tutub yedəkləmişik və mənziı başına çatdırmışıg. Fırtınalı hava şəraitində, çox ağır bir şəraitdə, az qala müəyyən olunmuş yükü mənzil başına çatdırdıqda faciəli anlar yaşasaq da, sonda dənizin inadına qalıb gəlməyi bacarmışıq.
–Sonradan yenə də Xəzər dənizində fəaliyyətinizi davam etdirmisiz.
– Xəzər hər bir azərbaycanlı dənizçisinin həyatında mühüm rol oynamış dənizdir. Mən 1995-n oktyabrından XDND BUE CASPİAN LTD şirkətlər alyansında təlimatçı kapitan və istismar şöbəsinin rəis müavini vəzifələrindəçalışmişam.
Bir çox gəmilərin xarıçdən qəbul edilib Bakıya gətirilməsində iştrak etmişəm. Bunlar “Fortress”, “Caspian qala”, “Sitadel” və digər gəmilər olub.
-Bəs bir təcrübəli dənizçi olaraq donanmazın bu günü, həyata keçirdiyi layihələr, gənc dənizçi nəsli haqda nələr deyərsiz?
-AXDG QSC də dəyişiklilər çoxdur. Alınan, sifariş olunan, tikilən yeni gəmilər, rəhbərliyin həyata keçirdiyi, dənizçi həmkarlarımızın rifahına hesablanan atılan addımlar və digər ürək oxşayan yenilikləri görməmək, görüb sevinməmək olmaz əlbəttə. Bu istiqamətdə atılan addımlara görə ancaq xoş sözlər demək olar. Dənizçilərimizin rəşadəti, onların həm 1990-cı ilin 20 yanvar, həm Birinci Qarabağ, həm Vətən müharibəsi adlanan 44 günlük ikinci Qarabağ savaşındakı rolları, xatirələrin əbədiləşdirilməsi ondan xəbər verir ki, rəhbərlikdə outran adam dənizçilərə dogma adamdır. Gənc dənizçilərə isə tövsiyyəm budur ki, seçdikləri sənətə sevgi ilə yanaşsınlar, bilik və təcrübələrini artırsınlar.
-Mövlud kapitan, hazırda dənizlə əlaqələriniz necədir. Dostluğunuz davam edirmi?
– Obrazlı şəkildə desək, bu dostluq əbədidir. Düzdür, 2012-ci ildən dən təqaüddəyəm. Amma dənizi, dənizçi dostlarımızı, onlarla birlikdə keçdiyimiz aörılı-acılı, xoş və şirin günləri unutmuram. Bilirsiniz, ki, mənim indiki həyat yoldaşım da XDND-nin kadrlar xidmətində çalışırdı, Bu il aprelin 18-də onunla ailə qurmağımızın 30 ili tamam oldu. İndi o da təqüddədir. Bəzən bizim söhbətlərimizdə dəniz və dənizçi dostlarımızın da adları hallanır, ötənlərə işıq tuta bilirik. Darıxanda isə, dənizi ziyarət edirik, dəniz bizi darıxmağa qoymur.
-Mövlud kapitan, sizinlə xudafizləşək. Çox sağ olun ki, vaxt ayırdınız
– Diqqətə görə sağ olun
Söhbətləşdi: Faiq Balabəyli