Dəniz insan həyatına fərqli rəng qatır

Dəniz insan həyatına fərqli rəng qatır

Müstəqil.Az saytının “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi ilə birgə layihəsinin bu dəfəki qonağı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinin Tədris şöbə rəisi Namiq Mollayevdir

– Namiq müəllim, sizinlə həmsöhbət olmazdan öncə istərdim ki, özünüz haqda bir qədər məlumat verəsiniz, harda nə vaxt doğuldunuz, dənizə maraq haradan yarandı?

-Mən 1963-cü il dekabr ayının 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 1971-1981-ci illərdə Bakı şəhəri 116 saylı orta məktəbdə oxumuşam. Hələ yeniyetmə yaşlarımdan dənizə və hərbi xidmətə böyük həvəsim olub. 1978-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə milli kadırlar töplanarkən sənədlərimi vermişəm və son anda valideyinlərimin icazəsi olmadığı üçün qəbul olunmamışam. Yalnız 1981-ci ildə arzuma çataraq ulu öndər Heydər Əliyevin Respublikadan kənarda təhsil proqramına əsasən o zaman admiral S.O.Makarov adına Leninqrad (indi Sankt Peterburq) Ali Dənizçilik Mühəndisliyi məktəbiniə qəbul olmuşam. 1987-ci ildə həmin məktəbi mühəndis hidroqrqaf və mühəndis – şturman ixtisası üzrə bitirmişəm.

kursant.jpg

1987-ci ildə Bakıya qayıtdıqdan sonra 1987-1993-cu illərdə Geoloji Kəşfiyyat idarəsində müxtəlif vəzifələrdə işləmişm. 1993-2013-cü illərdə Hərbi Dəniz Qüvvələrində zabit olaraq xidmət edərkən xidmət edərək həyatımı Xəzər dənizi ilə bağlamışam.

2014-cü ildən ASCO QSC Təlim Tədris Mərkəzində müxtəlif vəzifələrdə (təlimatçı, baş təlimatçı və şöbə rəisi) çalışmışam. Hal hazırda TTM-in Tədris şöbə rəisi vəzifəsində işləyirəm.

– Namiq müəllim, dənizçilərin bilik səviyyəsinin yenilənməsi və möhkəmlənməsi işlədiyiniz mərkəzin əsas işdir. İşlər necə gedir?

– Təlimlərin keçirilməsi dənizçilərin iş bacarığının artılmasına və işin təhlükəsiz qaydada aparılmasına köməklik edir. Biz də çalışırıq ki, dənizçiləri yenilikliklərlə tanış edək və təcrübəli dənizçilərin bilik və baçarığını gənclərə çatdıraq.

– Müxtəlif yaşlarda və təcrübədə olan dənizçilərimizin mərkəzdəki kurslarda olması hər hansı bir çətinlik yaratmır ki?

– Xeyir. Əksinə təlimlər zamanı təcrübəli dənizçilərin həyat yolunda olan hadisələr müzakirə olunur və araşdırılır. Bunlar gənc dənizçilərin bu sahəyə daha da möhkəm bağlanmasına əsas verir.

TTM2.jpg

– “Dənizçi həyatı” layihəsi üçün söhbət edirik.  Sizin üçün bu həyat nə ilə yadda qalandır? Dənizçi həyatının digər peşə sahəsinin adamları ilə fərqi nədir?

– Dəniz insan həyatına fərqli rəng qatır, istər-istəməz mavi suların isti nəfəsi adama güc, enerji, dözüm və sonsuz həyat eşqi bəxş edir. Bu mənada tam razılaşmaq olar ki, taleyi dənizlə bağlı olanların ömrü də mənalı keçir. Odur ki, mən öz taleyimdən razıyam və yenidən ixtisas seçimi qarşısında qalsaydım həyatımı dənizlə bağlayardım.

– Demək, Sizi dənizə bu qədər bağlı edən hər hansı bir yadda qalan xatirəniz də olmalıdır, bəlkə gənc nəslə nümunə göstərmək üçün yaddaşınızı vərəqləyəsiz?

– Dənizlə bağlı maraqlı hadisələr, yaşantılar əlbbətə ki çox olub və bu gün onlar xatirə olaraq yada düşür. Bu gündə  gözümün önündə olanlardan birini danışım. Deyəsən 2000-ci il idi. Hidroqrafiya gəmisində Çilov adasından hərbi bazaya qayıdırdıq. Fırtına hazırlığı verilmişdir. Güclü külək əsirdi (20-25 m\s, arabir 28-30 m\s). Bizlə paralel kursla balıqçı gəmisi hərəkət edirdi. Mən kapitan körpüsündə idim. Balıqçı gəmisinin ani olaraq (sualtı qayıq kimi) suya burun vurub çıxmasını gördükdə dəhşətə gəlməmək olmurdu. O gündən dənizçilərin nə dərəcədə fədakar olduğu yaddaşımdadır. Bir deyim var, dəniz qorxaqları sevmir.

– Namiq müəllim, Siz və kollektiviniz dənizçilərimizin bilik səvəyyəsinin təkmilləşməsi istiqamətində fəaliyyət göstərirsiz. Gənc dənizçilərə nəyi məsləhət görərdiz?

Bu sahəyə böyük həvəslə gələn gənclərin sayı ildən-ilə artır. Məsləhət görərdim ki, seçdiklri sahəyə qəlbən bağlı olsunlar, həm nəzəri, həm də praktik savad və təcrübələrini artırsınlar, doğru, dürüst olsunlar. O zaman biz düşünə bilərik ki, gəmiçiliyin gələcəyi etibarlı əllərdədir.

-Kollektivinizdə Müharibə iştirakçıları da var, ümumilikdə vətənpərvərlik hissinin aşılanması, gənclərdə bu hissin möhkəmlənməsi üçün hansısa əməli işlər görülürmü?

-Kollektivinizdə vətənpərvərlik hissinin aşılanması, gənclərdə bu hissin möhkəmlənməsi üçün daima tədbirlər keçirilir. ADDA-da Elmi Şuranın qərarına əsasən müharibə iştirakçılarının təlimlərdə iştirakı təmənnasız həyata keçirilir. Tədris Mərkəzinin auditoriyalarında və xüsusi göşələrində vətənpərvərlik hisslərini daha da çox aşılamaq üçün xüsusi lövhələr var.

ASCO-nun Təlim Tədris Mərkəzində SOCAR əməkdaşlarına təlim ...

-Tədris mərkəzinin fəaliyyətini daha da yaxşılaşdırmaq üçün hansı yeni layihələrə start vermək gərəkdir.

-Təlim Tədris Mərkəzinin fəaliyyətinin daha da yaxşılaşdırmaq üçün mərkəzin texniki bazasını yeniləmək pis olmazdı.

-Bəs dənizi obrazlı şəkildə necə təsvir edərdiz?

– Dəniz sanki məktəbdir. Bu məktəbin imtahanı külək və dalğalardır. İmtahandan üzüağ çıxmaq üçün isə hər cür hava şəraitinə hazırlıqlı olmaq lazımdır.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: